Ermənistan SƏKSƏKƏDƏ - “Azərbaycan malları laboratoriyada yoxlanılmalıdır...”
Digər
30 İyul 2017 8:03

Ermənistan SƏKSƏKƏDƏ - “Azərbaycan malları laboratoriyada yoxlanılmalıdır...”


“Ermənistan qanunvericiliyi Azərbaycan mallarının idxalını qadağan etmir, lakin bəzən qanunsuz vasitələrlə Ermənistana Azərbaycan məhsulları gətirilir”.

Publika.az xəbər verir ki, bunu Ermənistan Dövlət Qida Təhlükəsizliyi İdarəsinin rəhbəri Artur Nikoyan mətbuat konfransında deyib. O bildirib ki, idxal məhsulları Ermənistana müvafiq sənədlər olmadan keçirilə bilməz.

Nikoyan bu cür malları ticarət dövriyyəsinə buraxan sahibkar və satıcıları günahlandırıb. O, bu şəxslərin cəzalandırılacağını deyib: “Azərbaycan malları ölkəyə qanunu yolla gətirilibsə, laboratoriyalarda yoxlanılmalı, daha sonra bazara buraxılmalıdır. Əgər bu məhsullarda sağlamlığa zərər vuracaq maddə aşkar edilməsə, Ermənistan bazarında onların satışı problem olmayacaq”.

Qeyd edək ki, ötən həftələrdə Ermənistanda sosial şəbəkələrdə Azərbaycan istehsalı konfetlərin satılması barədə şəkillər yayılmışdı. Həmin konfetlərin Rusiyadan Ermənistana aparıldığı iddia edilmişdi.

Amin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08