Türkiyədəki virusla əlaqədar turizm şirkətlərinə xəbərdarlıq daxil olubmu?
Ölkə
30 İyul 2017 8:54

Türkiyədəki virusla əlaqədar turizm şirkətlərinə xəbərdarlıq daxil olubmu?


Türkiyədə koksaki virusunun yayılması ilə əlaqədar turizm şirkətlərinə indiyədək xəbərdarlıq məktubu daxil olmayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu barədə Azərbaycanın turizm şirkətlərinə Türkiyədəki partnyor şirkətlər də məlumat verməyiblər:

"Türkiyədə belə bir virusun yayılmasından xəbərimiz yoxdur. Biz indiyədək bununla bağlı problem yaşamamışıq. İndiyədək konkret olaraq, bu virusa görə bilet geri qaytarıldığını da eşitməmişik".

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti, "Millenium" turizm şirkətinin rəhbəri Ruslan Quliyev də Trend-ə açıqlamasında Türkiyədə bu virisun yayılmasından xəbərsiz olduğunu söyləyib.

Onun sözlərinə görə, hər hansı ölkədə epidemioloji gərginlik, xaos, terror təhlükəsi olduqda Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının həmin ölkəyə getməməsi ilə bağlı bəyanat verir:

"Turizm şirkətləri mütəmadi olaraq, bu proseslər barəsində məlumatlandırılır. Turizm şirkəti öz növbəsində xaricə səfər edən müştərilərinə bu barədə xəbərdarlıq etməyə borcludur. Əgər kiminsə təcili işi varsa, onu səfərdən saxlaya bilmərik. Lakin şirkət yenə də müştərisinin arzuolunmaz hallarla qarşılaşmaması üçün lazım olan məlumatları ona mütləq çatdırmalıdır. Koksaki virusuna gəldikdə isə, bununla bağlı turizm şirkətlərinə hələlik heç bir xəbərdarlıq edilməyib".

Qeyd edək ki, hazırda Türkiyədə əsasən, uşaqlar arasında koksaki virusu yayılıb. Azərbaycandan hazırda Türkiyəyə xeyli sayda turistin getdiyini nəzərə alsaq, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı ola bilər.

Hüceyrədaxili parazit sayılan koksaki virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. Koksaki virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən, bu il isə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,96% artıb. Yalnız bu ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə səfər edən azərbaycanlıların sayı 243 421 nəfərə çatıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13