"Azərbaycan Hava Yolları" Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyindən çıxarıldı
İqtisadiyyat
30 İyul 2017 9:14

"Azərbaycan Hava Yolları" Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyindən çıxarıldı


"Azərbaycan Hava Yolları" Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb
 
"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların sayı azalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən "Azərbaycan Hava Yolları" Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb.
 
Beləliklə, AZAL-ın tabeliyində olan qurumların sayı 15-dən 14-ə enib. Bura "Azərbaycan Hava Yolları" və "BUTA AIRWAYS" sərnişin aviaşirkətləri, "Azalaqro" Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu, "Gəncə", "Naxçıvan",  "Lənkəran", "Zaqatala" və "Qəbələ" beynəlxalq hava limanları, "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi,  "AzalOil" Yanacaq-Sürtgü Materialları İdarəsi, filial və nümayəndəliklər daxildir. 

Milli.Az 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08