Atıcılıq oyunları: 10-cu gün
İdman
30 İyul 2017 9:33

Atıcılıq oyunları: 10-cu gün


Bu gün Bakıda atıcılıq üzrə Avropa çempionatının onuncu gününün yarışları start götürəcək.

Trend-in məlumatına görə, çempionatın onuncu gününə kişilər arasında 300 metr məsafəyə tüfəngdən atəş açma yarışı ilə start veriləcək.

Günün ilk yarısında bundan əlavə qadınlar arasında 300 metr məsafəyə tüfəngdən atəş açma yarışı, kişilər və yeniyetmə oğlanlar arasında 25 metr məsafədən standart tapancadan atəş açma yarışı və qismən kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar baş tutacaq.

Günün ikinci yarısında kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar baş tutacaq. Bundan əlavə günün kinci yarısında kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar davam edəcək.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22