"Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün gözəl məkanlar var"
İdman
30 İyul 2017 10:24

"Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün gözəl məkanlar var"


Bakıda keçirilən Atıcılıq üzrə Avropa çepmionatında iştirakım mənə yeni təcrübə qazandırdı, yarış çox həyəcanlı keçir.

Milli.Az bildirir ki, bunu Trend-ə Finlandiyadan olan atıcı Emili Pertizova deyib.

O qeyd edib ki, Azərbaycan yarışı yüksək səviyyədə keçirir: "Artıq ikinci dəfədir Azərbaycana gəlirəm. Bundan əvvəl Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün gözəl məkanlar var. Atıcılıq Mərkəzi də beynəlxalq standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait yaradılıb".

Finlandiyalı qonaq ölkəmizi çox bəyəndiyini deyib.

O qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, qonaqpərvər insanları var.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13