Polis reydi zamanı şəhər meri öldürülüb
Digər
30 İyul 2017 10:37

Polis reydi zamanı şəhər meri öldürülüb


Filippinin Ozamis şəhərinin meri Reynaldo Parocinoq həyat yoldaşı da daxil olmaqla, 6 nəfər polisin keçirdiyi reyd zamanı öldürülüb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, R. Parocinoqun adı Flippin prezidentin Rodriqo Dutretenin narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən siyasətçilərlə bağlı siyahısında olub.

 

Polislər meri həbs etməyə gələn zaman mühafizəçiləri atəş açıb. Nəticədə R. Parocinoq və 6 nəfər öldürülüb. R. Parocinoqun şəhərin vitse-meri olan qızı həbs edilib.

 

Qeyd edək ki, bundan əvvəl R. Parocinoq narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etdiyini inkar edib.

 

Ozamis şəhərinin 150 min əhalisi var, Mindanao adasında yerləşir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08