Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
Digər
30 İyul 2017 11:37

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55 % olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 31-də hava şəraiti yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  25-30° isti olacağı gözlənilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...