Bu il Naxçıvanda doğulan uşaqların sayı açıqlanıb
Ölkə
30 İyul 2017 13:14

Bu il Naxçıvanda doğulan uşaqların sayı açıqlanıb


Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında doğulan uşaqların sayı açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov nazirliyin Kollegiya iclasında hesabat məruzəsində bildirib ki, 2017-cı ilin 6 ayı ərzində muxtar respublikada 2617 uşaq doğulub.

N. Novruzov bu ilin 6 ayı ərzində süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mamoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin diaskin test sınaqları, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik və endokrinoloji müayinələrin davam etdirildiyini də nəzərə çatdırıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13