IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq
Digər
30 İyul 2017 13:24

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olacaq


Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə Qəbələdə keçirilən IX Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, proqrama uyğun olaraq iyulun 30-da festivalın 3 konserti və rəsmi açılış mərasimi olacaq. Belə ki, bu gün saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqress Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olacaq. Konsertdə "Furioso" kvarteti musiqisevərlərə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Həmçinin, bu gün Şəki şəhərində Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin möhtəşəm konserti olacaq. Axşam saat 21:00-da isə Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində beynəlxaq musiqi festivalının rəsmi açılış mərasimi olacaq. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti olacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13