Türkiyədə iki məşhur gecə klubu atəşə tutulub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Dünya
30 İyul 2017 13:54

Türkiyədə iki məşhur gecə klubu atəşə tutulub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb


Türkiyənin məşhur tətil bölgəsi Bodrumda yanbayan yerləşən iki gecə klubuna hücum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə yerli vaxtla saat 03.00 radələrində üzərində iki tapança olan bir şəxs Bodrumun Göltürkbükü məhəlləsində yerləşən məşhur "Çilek Beach Club" və "Sess Beach Club" gecə klublarına yaxınlaşıb, atəş açmağa başlayıb.

Gecə klublarında 400-ə qədər insan olub. Nəticədə 18 yaşlı Furkan Say adlı şəxs ölüb, 4 nəfər yaralanıb. Cinayətkar gəldiyi avtomobilə hadisə yerindən qaçıb.
 
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08