Bərdədə ağır yol qəzasında 5 nəfər xəsarət alıb
Ölkə
30 İyul 2017 14:11

Bərdədə ağır yol qəzasında 5 nəfər xəsarət alıb


Bərdə. 30 iyul. REPORT.AZ/ Bərdədə 5 nəfərin ağır yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 
"Report" xəbər verir ki, hadisə rayonun Əyricə kəndində baş verib. VAZ2107 markalı avtomobillə Prirora markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və sərnişinləri ağır xəsarət alıb. Priora markalı avtomobilin sürücüsü Yeni əyricə kənd sakini 51 yaşlı Qasımov Valeh Saleh oğlu və vaz 2107 markalı avtomobilin sürücüsü və sərnişinləri Nəcəfqulubəyli kənd sakinləri 57 yaşlı Abbasov Rafil Alı oğlu, onun həyat yoldaşı 51 yaşı Abbasova Kəmalə Şirin qızı onların övladı 29 yaşlı Abbasov Seymur Rafil oğlu və digər sərnişin 22 yaşlı Abbasova Atlaz Yusif qızı ağır bədən xəsarətləri alaraq Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətləri ağır olaraq qalır.
Abbasova Atlaz Yusif qızının vəziyyəti ağırlaşdığından Mİngəçevir şəhər mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13