Stas Mixaylov: ""Jara" festivalı hələ uzun illər yaşayacaq"
Şou-Biznes
30 İyul 2017 14:54

Stas Mixaylov: ""Jara" festivalı hələ uzun illər yaşayacaq"


"Jara" festivalı hələ uzun illər yaşayacaq. "Yurmala", "Yeni dalğa" və digər festivallar kimi bu əsrarəngiz incəsənət bayramının da böyük tarixi olacaq. Ümidvaram ki, mənim çıxışım tamaşaçılara xoş anlar bəxş etdi.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində "Jara" festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və mahnı bəstəkarı Stas Mixaylov deyib.

"İndidən müğənnilər, şoumenlər, tanınmış ulduzlar bu festivalda iştirak etməyi səbirsizliklə gözləyirlər. Mənim müğənni dostlarım festival üçün məxsusi hazırlaşırlar. Repertuarlarından yeni mahnıları təqdim etməyə çalışırlar. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm" - deyə o əlavə edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13