Küveytin Qətər böhranında yeganə vasitəçi olduğu bəyan edilib
Dünya
30 İyul 2017 18:14

Küveytin Qətər böhranında yeganə vasitəçi olduğu bəyan edilib


Qətərə qarşı boykot tətbiq edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir böhranın tənzimlənməsində Küveyti yeganə vasitəçi kimi qəbul edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün dörd ölkənin xarici işlər nazirlərinin Manamada görüşündən sonra Bəhreyn xarici işlər naziri Xalid Ben Əhməd bəyan edib.

Bəhreyn xarici işlər naziri Küveyt əmiri As-Sabahın vasitəçilik missiyasının uğurlu olacağına ümid etdiklərini söyləyib.
 
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir xarici işlər nazirlərinin görüşündən sonra Qətər qarşısında irəli sürülən 13 tələbin qüvvədə olduğu bəyan edilib. Eyni zamanda bu ölkələr Qətərin terrorizmə dəstəyi dayandırdığını sübut etdiyi halda dialoqa hazır olduqlarını açıqlayıblar.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bu ilin iyun ayında Qətəri terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda günahlandıraraq bu ölkə ilə diplomatik əlaqələri dayandırıb, boykot qərarı verib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13