Dünyanın ən çox öpülən üzü - FOTO
Maraqlı
30 İyul 2017 18:54

Dünyanın ən çox öpülən üzü - FOTO


İlk tibbi yardım təhsili alan hər kəsin ən az bir dəfə həmsöhbət olduğu manekenin üzünün maraqlı və ürküdücü hekayəsi var.

Milli.Az o manekenin hekayəsini təqdim edir:

Qəribədir ki, bu manekenlərin bir çoxunun üzü bir-birinə bənzəyir. Üstəlik bu üz real adama, 1800-cü illərin sonunda yaşamış parisli bir qıza aiddir. Onun kim olduğunu heç kəs bilmir. İnsanların yaddaşında qalan isə, üzündəki sirli təbəssümdür. Orijinal adı ilə "Linconnu də la Seine", yəni cəsədi Parisdə Sena çayında tapılmış şəxsiyyəti naməlum bir qız. Cəsəd meyitxanaya gətirildiyində bədənində deformasiyaya rast gəlinmir. Buna görə intihar etdiyi qəbul olunur. Dərisinin hamarlığında yola çıxılaraq ən çox 16 yaş ola biləcəyi düşünülür. Meyitxanadakı həkim bu sirli gözələ görə olduqca təsirlənir və bal şamından üzünün qəlibini hazırlayır. Sonra da bu maskanın kopiyaları hazırlanır və Parisdə məşhur hala gəlir. Yazarlara, şairlərə ilham mənbəyi olur.

Yazar Alber Kamyu bu üzü "Mona Liza"nın təbəssümü ilə müqayisə edir.

Bir oyuncaq istehsalçısı isə bu qəlibdən istifadə edərək ilk tibbi yardım heykəli hazırlayır. İlk tibbi yardım təhsili alanlar da hər gün bu üzü öpməyə məcbur qalırlar. Beləliklə, Alber Kamyunun "Mona Liza"nın üzü ilə müqayisə etdiyi bu heykəl ən çox öpülən sima olur. (publika.az)

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13