Bacısının evinə gəldi, qapının sındırıldığını gördü – BAKIDA
Digər
30 İyul 2017 19:05

Bacısının evinə gəldi, qapının sındırıldığını gördü – BAKIDA


Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Lent.az xəbər verir ki, Şiraslan Babayev adlı vətəndaş polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun bacısının evini talayıb. Şikayətçi bildirib ki, bacısı Hüseynova Şücaət İmamverdi qızı evini ona tapşırıb və vaxtaşırı olaraq mənzilə baxış keçirir. Bir neçə gün əvvəl o, növbəti dəfə Nizami rayonu Ə.Vəliyev küçəsi 7 saylı binadakı mənzilə gələrkən qapının naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını görüb. Məlum olub ki, evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

 

Araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13