Qəbələdə "Furioso" kvartetinin kamera konsertində Avropa bəstəkarlarının əsərləri səsləndirilib - FOTO
Digər
30 İyul 2017 19:24

Qəbələdə "Furioso" kvartetinin kamera konsertində Avropa bəstəkarlarının əsərləri səsləndirilib - FOTO


Qəbələ Beynəlxalq Musiqi Festivalı son illər Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biri hesab olunur və sorağı dünyanın hər yerindən gəlir. "Gilan Holdinq"in dəstəyi ilə ənənəvi olaraq hər il təşkil olunan Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır.

Hazırda Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan dünya şöhrətli dirijorların, görkəmli musiqiçilərin, bədii kollektivlərin və solistlərin iştirak etdikləri IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi abu-hava hökm sürür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq iyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olub. Bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə pianoda bəstəkar G.Enesku, V.A.Motsart, A.Dvorjak, F.Şopen, K.Debüssinin əsərlərini səsləndirib.

Həmçinin "Furioso" kvartetinin musiqisevərlər üçün konserti də böyük marağa səbəb olub. Məlumat verilib ki, "Furioso" kvarteti Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, professor Nazmiyyə Abbaszadənin rəhbərliyi və tələbələr Süleyman Babakişizadə (violin), Zərifə Alxasova (violin), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel) və Kəmalə Neymanovanın (piano) iştirakı ilə 2011-ci ildən fəaliyyətə başlayıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Pensiyalar 6,2 faiz artacaq

Pensiyalar 6,2 faiz artacaq

15 Yanvar 2018 10:58
Bu gün İranda matəmdir

Bu gün İranda matəmdir

15 Yanvar 2018 04:27
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08