Pivə şüşəsindən məktəb binası - FOTO
Maraqlı
31 İyul 2017 21:04

Pivə şüşəsindən məktəb binası - FOTO


Kambocanın paytaxtı Pnompen şəhərində zibilliklərin dolub-daşmasından narahat olan vətəndaş qeyri-adi bir işə imza atıb.

Milli.Az xəbər verir ki, Ouk Vendey adlı şəxs pivə şüşələri və digər təkrar emala yarayan materiallardan məktəb binası inşa edib.
Vendeyin inşa etdiyi Kokonat məktəbinin (Coconut school) şagirdləri tullantıların yenidən emalı və əl əməyi mövzularında özəl təlimlər alıb. Bunun sayəsində şəxsi layihələrini asanlıqla reallaşdıra biliblər.
Məktəbin qurucusu O.Vendey çevrədəki çirklənmənin qarşısını almaqla kifayətlənməyib, eyni zamanda uşaqların yaradıcı təfəkkür qabiliyyətlərini inkişaf etdirmək qərarına gəlib. O, bu məqsədlə pivə şüşələri, onların qapaqları, plastik qaşıqlardan yaradıcı və estetik formada istifadə etməyə qərar verib.
Vendey bu məktəbdən gəlir əldə etmir. Ancaq dayanmadan məktəbi dostlarının, universitet tələbələrinin və başqa yardımsevər insanların dəstəyi sayəsində inkişaf etdirməyə çalışır. (publika.az)

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR