Prosineçkinin borcu ödəndi
İdman
1 Avqust 2017 19:04

Prosineçkinin borcu ödəndi


Türkiyənin "Kayserispor" klubu futbol üzrə Azərbaycan milli komandasının xorvatiyalı baş məşqçisi Robert Prosineçkiyə olan borcunu ödəyib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kayseri təmsilçisinin prezidenti Erol Bedir yazılı açıqlamasında bildirib ki, klubun məşqçi və futbolçulara olan ümumilikdə 36 milyon 100 lirə borcu ödənilib. Bu məbləğin 2 milyon 88 min lirəsi komandanın sabiq baş məşqçiləri R.Prosineçki və Tolunay Kafkasa çatıb.

Robert Prosineçki 2012-2013 mövsümündə "Kayserispor"u çalışdırıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR