40 minlik ordu HƏRƏKƏTƏ KEÇDİ
Dünya
3 Avqust 2017 10:13

40 minlik ordu HƏRƏKƏTƏ KEÇDİ


Şiə polislərinin təşkilatı olan Haşdi Şabi İraqın Mosul şəhərinə bağlı olan Təlafərin ətrafındakı kəndləri İŞİD terror qruplaşmasının əlindən almaq üçün əməliyyatlara start verib.

Publika.az xəbər verir ki, keçirilən son əməliyyatlar nəticəsində 17 kənd işğalçı qruplaşmadan geri alınıb.

İraqın Peşmərgə Müdirliyinin sədri Cabbar Yavər məsələ ilə bağlı verdiyi açıqlamada hazırkı əməliyyatların Mosul şəhərini xilas etmək üçün aparılan əməliyyatlardan daha asan olacağını qeyd edib. Buna səbəb isə buradakı İŞİD-çilərin planlı və məntiqli siyasət yürütməməsidir.

Təlafər şəhərində hazırda təxminən 1000 İŞİD döyüşçüsü var. Haşdi Şabi isə bu əməliyyata 40 000 döyüşçü ilə qatılacaq.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14
Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03