Sevgi öpüşü 17 yaşlı oğlanı öldürdü
Maraqlı
11 May 2017 22:44

Sevgi öpüşü 17 yaşlı oğlanı öldürdü


Meksikada 17 yaşlı oğlan sevgilisi ilə  görüşdən sonra ölüb

17 yaşlı Xulio Masias Qonsalesin ölüm səbəbini araşdırıkən ölümün beyin qan dövranının trombu səbəbindən baş verdiyi öz təsdiqini tapıb. Trombun əmələ gəlməsinə səbəb isə oğlanın sevgilisi tərəfindən dişlənməsi olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sevgilisi gənc Xulionun boğaz nahiyəsinin dişləyib. Bunu həkimlər ölən oğlanın boyun nahiyəsində gördükləri göyərti və dişlək izindən təyin edib.

Həkimlər sorma nəticəsində boğaz nahiyəyə qanın çox yığılmasını və laxtalanmasını, dişlənən damara daxil olan trombun isə beyində patolojiya yaratdığını təsdiq edib.

Həkimlərin rəyinə görə ölümün səbəbi sevgi olub. Tibbi statistikada bu səbəbdən baş verən ölümlərin dəfələrlə olduğu qeyd edilib.

Bir-neçə il qabaq Yeni Zellandiyada 44 yaşlı qadın da bu səbəbdən ölmüşdür.

Mütəxəssislər bədənin istənilən nahiyəsində göyərtilərin əmələ gəldiyi zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Çünki, adi bir ehtiyatsızlıq ölümə səbəb ola bilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09