Oğurluğa girdiyi evdə yuxu tutdu - Ev sahibi yataq otağına girəndə... - VİDEO
Dünya
5 Avqust 2017 13:44

Oğurluğa girdiyi evdə yuxu tutdu - Ev sahibi yataq otağına girəndə... - VİDEO


Türkiyənin Adana şəhərində kuryoz cinayət hadisəsi baş verib.. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, oğurluq etmək üçün binanın ikinci mərtəbəsində yerləşən mənzilin yataq otağına girən Kadir Y. otaqda olan çantanı və asqıdakı şalvarları qarışdırmağa başlayıb. Bir müddət burada qiymətli əşya axtaran oğru evə girməzdən əvvəl narkotik vasitə qəbul etdiyi üçün yatağa oturunca yuxuya gedib.

Bu məqamda qonaq otağında yatan ev sahibi A. Ç səs eşidib. Yataq otağına yaxınlaşıb, yataq otağından gələn səsi dinləyib. Səs kəsildikdən sonra içəri girib. Ev sahibi yataq otağına girdiyində bir nəfərin yerində yatdığını görüncə şok olub. Dərhal polisə zəng edib və ardınca şübhəli şəxsi oyadıb.

Özündə olmayan şübhəlinin ciblərinə baxan ev sahibi uşaqlarının mobil telefonunu tapıb. Mobil telefonları götürən ev sahibi oğrunu evə gələn polislərə təhvil verib.

Şübhəlinin ifadəsini təhlükəsizlik idarəsində almağa çalışsalar da, buna nail ola bilmnyiblər. Ancaq narkotik vasitənin təsiriylə özündə olmayan şəxs bir gün sonra "ayılıb".

Oğru ifadəsində heç bir şey xatırlamadığını söyləyib. 

İstintaq prosesi zamanı 20 yaşlı gəncin 17 cinayət qeydi olduğu da üzə çıxıb.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğurluğa girdiyi evdə yuxu tutdu: ev sahibi yataq otağına girəndə...

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR