6 il ailə quracaqları günü gözlədilər: qulaq çöpündən istifadə münasibətlərini bitirdi - FOTO
Dünya
8 Avqust 2017 16:14

6 il ailə quracaqları günü gözlədilər: qulaq çöpündən istifadə münasibətlərini bitirdi - FOTO


İstanbulda mühasib Emrullah Ş. hələ 3 aylıq evli olduğu müəllim yoldaşı Hülya S.-nin qulaq çöpüylə qulaq pərdəsini deşdiyini bildirərək boşanma iddiası açıb.

Milli.Az Sabah-a istinadən xəbər verir ki, Beykoz Ailə Məhkəməsində açılan iddialara görə, Emrullah Ş. (36) ilə Hülya Ş. (26) cütlüyü, 6 illik sevgidən sonra 10 ay əvvəl evləniblər. Ancaq bir müddət sonra cütlük arasında anlaşılmazlıqlar yaşanmağa başlayıb. Hülya S.-nin ona psixoloji olaraq şiddət tətbiq etdiyini deyən Emrullah Ş. "Tez-tez mənə və ailəmə qarşı şifahi və mesaj yazaraq təhqir edirdi. Evdə dinclik qalmadı. Suyu açıq qoyub, məni zərərə saldı. Qulağımı təmizləyərkən qulaq çöpünü itələyib qulağımın içinə soxdu. Qulaq pərdəmi deşdi" deyərək boşanma iddiası açıb.

Yoldaşının ona boşanma iddiası açdığını yaxınlarından öyrənən Hülya Ş. isə qarşı tərəfə iddia qaldıraraq 100 min lirə təzminat tələb edib. Hülya Ş. "İddialar yalandır. Televzora da baxmıram" deyib. O "Hər dəfə hamamdan çıxanda əlində qulaq çöpü olardı. Qulağını təmizləyərkən vurmağa çalışdı. Bu zaman qulaq çöpü qulağına girdi. Mən heç nə etmədim" deyib.

Məhəmməd Vaqif
Milli.Az


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08