Azərbaycan milli komandasının futbolçusuna borclu olan "Bursaspor" Super Liqaya buraxılmayıb
İdman
12 May 2017 10:11

Azərbaycan milli komandasının futbolçusuna borclu olan "Bursaspor" Super Liqaya buraxılmayıb


Bakı. 12 may. REPORT.AZ/ Türkiyə Futbol Federasiyasının (TFF) Lisenziya Komissiyası 2017-2018 mövsümü üçün UEFA və daxili yarışlara lisenziya almağı bacaran klubların adlarını açıqlayıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, qitəmiqyaslı yarışlarda iştirak hüququ verən lisenziya əldə etmək üçün müraciət edən 16 klubdan 12-nə müsbət cavab verilib.
Super Liqa təmsilçilərindən “Antalyaspor”, “Konyaspor”, “Alanyaspor”, “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray”, “Gənclərbirliyi”, “Kasımpaşa”, “Başakşehir”, “Osmanlıspor” və “Trabzonspor”, I Liqadan isə “Giresunspor” lisenziya tələblərini yerinə yetirməyə müvəffəq olub.
Daxili yarışlarda iştirak etmək üçün müraciət edən 56 klubdan isə 11-nə lisenziya verilib. Bunlar Super Liqadan “Kardemir Karabükspor”, I Liqadan “Altınordu”, “Elazığspor”, “Yeni Malatyaspor”, “Göztepe” II Liqadan “İstanbulspor”, “Hacettepe”, “Kahramanmaraş”, “Keçiörengücü”, “Kırklarelispor” və “Konya Anadolu Selçukspor”dur.
TFF Lisenziya Komissiyası digər 49 kluba nöqsanları aradan qaldırmaq üçün 30 və ya 60 gün vaxt verib.
Lisenziya ala bilməyən klublar arasında futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Deniz Yılmazın formasını geyindiyi “Bursaspor” da var. Yerli futbolarena.com saytının iddiasına görə, Bursa təmsilçisi borclu olduğu futbolçuları - Deniz Yılmaz, Bakaye Traore ve Tomas Necidin şikayətləri üzündən lisenziya əldə edə bilməyib.
Qeyd edək ki, Deniz Yılmaz bir neçə gün öncə "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. Türkiyə mətbuatı 29 yaşlı hücumçunun əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırıldığını iddia edib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08