Robot canavar yaradılıb
Maraqlı
9 Avqust 2017 7:34

Robot canavar yaradılıb


Yaponiya fermerləri vəhşi heyvanları qorxutmaq üçün robot yaradıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, robot canavar şəklində hazırlanıb. Ulayan robot canavar Yaponiyanın kənd təsərrüfatı sahələrini vəhşi heyvanlardan qoruyacaq. Aparatın qalın xəzi, qorxunc gözləri, həmçinin süni dişləri var. Robotun ölçüləri yaşlı canavara uyğun gəlir. Belə ki, uzunluğu 65 santimetrə, hündürlüyü isə 50 santimetrə çatır. Robot canavar, həmçinin güllə və insan səslərinin təqlid edə bilir.

Robotun ilk nüsxəsi artıq sınaqdan keçirilib. Qeyri-adi robotun bazar qiyməti təxminən 200 min yen təşkil edəcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08