Lazer epilyasiyaya ehtiyac YOXDUR!
Qadın dünyası
10 Avqust 2017 12:12

Lazer epilyasiyaya ehtiyac YOXDUR!


Lazer epilyasiya, tük tökücü kremlər... Qadınların arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə etdikləri üsullardır. 

Metbuat.az bu dəfə evdə təbii üsullarla tüklərdən qurtulmağın metodlarını təqdim edir:

Yumurta ağı, qarğıdalı unu və şəkər tozu ilə hazırlanan təbii tük tökücü

Tərkibi:

1 ədəd yumurtanın ağı

1 yemək qaşığı qarğıdalı unu

1 yemək qaşığı şəkər tozu

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırın. Bunun içərisinə qarğıdalı unu və şəkər tozu əlavə edib qarışdırın. Qarışığı qatılaşdıqdan sonra tük olan bölgəyə tətbiq edin. Quruyana qədər saxlayıb ilıq su ilə təmizləyin.

Duz və limon ilə təbii tüktökücü

Tərkibi:

1 ədəd təzə sıxılmış limon suyu

1,5- 2 çay qaşığı qədər duz

Hazırlanması:

1 ədəd limonun suyunu sıxıb duzla qarışdırın. Daha sonra tükləri aldığınız bölgəyə tətbiq edib qarışığın köklərə nüfuz etməsini təmin edin. Ən az 2-3 saat qarışığı dərinizdə saxlayın. Bununla tüklərinizin azalmağa başladığını görəcəksiniz.

Qeyd edək ki, bu maska dərinizin qaşınmasına və yanmasına səbəb olacaq, ancaq qaşıntı və yanma hissi normadan artıqdırsa, dərinizdən dərhal silin.

Aysel Yaqubqızı / Metbuat.az

Yaşıl çay ilə gözəlliyinizə gözəllik qatın - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08