Yasamalda ağacların kəsilməsi faktını polis araşdırır
Ölkə
10 Avqust 2017 14:24

Yasamalda ağacların kəsilməsi faktını polis araşdırır


Bakıda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının kəsilməsi faktı araşdırılır.

Milli.Az xəbər verir ki, Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin "Qaynar Xətt"inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən dərhal araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR