"Şahdağ Turizm Mərkəzi" QSC tender keçirir
İqtisadiyyat
10 Avqust 2017 14:26

"Şahdağ Turizm Mərkəzi" QSC tender keçirir


Bakı. 10 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC sərnişin, yükdaşıma, nəqliyyat, ağır texnika və təmir xidmətlərinin satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 31-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabın 11-nə qədər Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, döngə 2, 2b ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanovadır. Telefon: (012) 465 09 45.
Təkliflərə sentyabrın 12-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR