Qablarınızı sağlıqlı şəkildə yuyun
Sağlamlıq
10 Avqust 2017 14:32

Qablarınızı sağlıqlı şəkildə yuyun


Qabyuyan maşında yuyucu toz əvəzinə təbii üsullardan istifadə etməyə nə deyirsiniz?

Metbuat.az xəbər verir ki, qablarınızı yuyarkən istifadə etdiyiniz kimyəvi maddələr (yuyucu tozu, kimyəvi duz) sağlamlığınıza ziyan vurur. Buna görə, təbii üsullardan faydalanmaq olar. Qabyuyan maşın üçün kimyəvi duz istifadə etmək əvəzinə, limon duzu istifadə edə bilərsiniz, çünki digər duzlar bir müddət sonra maşına ziyan vurur.

Qabyuyan maşın parladıcılarının tərkibində yüksək miqdarda qıcıqlandırıcı maddə olduğu deyilir. Bu səbəblə, parıldadıcı əvəzinə alma sirkəsi istifadə edin.

Yuyucu toza alternativ olaraq  sirkə və limon duzu istifadə edə bilərsiniz. Sirkə və limon duzu qarışığı qabları təmizləməyə və parıldatmağa yardım edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR