"Whatsapp"ı kompüterdə işlətməyin asan üsulu
Texnologiya
10 Avqust 2017 14:32

"Whatsapp"ı kompüterdə işlətməyin asan üsulu


"WhatsApp Web" nədir, üstünlükləri və mənfi cəhətləri hansılardır? 

Metbuat.az xəbər verir ki, "WhatsApp", 2015-ci ildən etibarən kompüterdə də istifadə edilə bilir. Bir çox istifadəçi bunu bilsə də, istifadə edə bilmir. Bunun üçün "WhatsApp"-ın internetdə veb səhifəsini açmaq və aşağıdakı gedişləri etmək lazımdır:

1. Kompyuterinizdə #web.whatsapp.com ünvanına girin.

2. Telefonunuzda "WhatsApp"-ı açın.

Android telefonlarda mesaj rejimində Menyu> "WhatsApp Web", "İPhone" Parametrlər >" WhatsApp Web", "Windows Phone"-da və "Nokia S60"-da isə Menyu> "WhatsApp Web" ardıcıllığını edin. 

3. Telefonun kamerasını kompüterinizin ekranına yaxınlaşdıraraq QR kodunu oxutdurun.

Bundan sonra "WhatsApp Web"-i rahat şəkildə kompyuterinizdə istifadə edə biləcəksiniz.

Qeyd edək ki, kompüter telefon üzərindən "WhatsApp"-ıı idarə etdiyindən, telefonun interneti daim açıq olmalıdır.

Sərdar Məmmədov / Metbuat.az 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR