Yol qəzası: nəvə öldü, baba xəstəxanaya yerləşdirildi
Digər
10 Avqust 2017 14:32

Yol qəzası: nəvə öldü, baba xəstəxanaya yerləşdirildi


Avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, hadisə zamanı Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Bundan başqa, ötən gün saat 17 radələrində Göygöl şəhəri ərazisində də qəza qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini Cavad Rəhimovun idarə etdiyi “Ford Transit” və Gəncə şəhər sakini Təvəkkül Qasımovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə T.Qasımov xəstəxanaya yerləşdirilib və orada ölüb.
 

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR