"Elektron ipoteka" sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub
Texnologiya
10 Avqust 2017 14:56

"Elektron ipoteka" sistemi "Elektron hökumət" portalına inteqrasiya olunub


Bakı. 10 avqust. REPORT.AZ/ Bu gündən etibarən “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən şəxslər "Elektron hökumət" portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər. 
Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, ipoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə ("Elektron imza" və "ASAN imza") mümkün olacaq. Bu əsasən, vətəndaşa lazımi sənədləri real vaxt rejimində imzalamasına şərait yaradılmasını, ipoteka krediti üzrə müraciət zamanı aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini, məlumatların mühafizəsini təmin edir.
Bundan əlavə daha əvvəl ipoteka krediti almış vətəndaşlar isə öz elektron kabinetlərini sadələşdirilmiş "İstifadəçi adı/şifrə" ilə də izləyə biləcəklər.
Nazirlik bəyan edir edir ki, "Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin istifadəyə verilməsi əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi ilə yanaşı, məlumatların real vaxt rejimində emalını, məlumatların düzgünlüyü və təhlükəsizliyini təmin edir.  

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR