“Rusiya son 20 ilin ən böyük...” - ABŞ kəşfiyyatından ŞOK PROQNOZ
Dünya
10 Avqust 2017 14:58

“Rusiya son 20 ilin ən böyük...” - ABŞ kəşfiyyatından ŞOK PROQNOZ


Rusiya son 20 ilin ən böyük emiqrasiya dalğası ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

“Stratfor”un məlumatına görə, rusiyalılar hakimiyyətin vətəndaş fəallığı ilə mübarizəsi, həmçinin gəlirlərin çox sürətlə aşağı düşməsi və artan sosial təbəqələşmə fonunda başqa ölkələrə köçmək haqqında fikirləşirlər.

Bildirilir ki, artıq yüksək ixtisaslı kadrlar ölkəni tərk edirlər. Analitik mərkəzin ekspertləri əmindirlər ki, bu, nəticədə iqtisadiyyat və siyasətə acınacaqlı təsir göstərəcək.

“Rusiya Federasiyasında özləri üçün perspektiv görməyən yüksək ixtisaslı mütəxəssislər hazırda ölkəni tərk edirlər. “Ağılların itkisi” Rusiya iqtisadiyyatına uzun illər ərzində zərər vuracaq. Ölkədə təhsil və səhiyyə tənəzzül etməyə davam edəcək. İnnovasiya şirkətləri və layihələr önəmli ölçüdə çökəcək. Rusiyada şəxsi sahibkarlıq əhəmiyyətli dərəcədə zəifləyəcək”, - analitiklər proqmozlaşdırırlar.

“Stratfor”un məlumatına görə, Rusiya gənclərinin yarısı ölkə hüdudlarını tərk etməyə hazırdır. Mərkəzin hesablamalarına görə, emiqrasiyadan maddi ziyan ildə 1,5 trilyon dollara qədər təşkil edə bilər. Yalnız son il ərzində 2 min dollar milyonçusu və milyarderi öz sərvəti ilə birlikdə ölkəni tərk ediblər.

Ekspertlər qeyd edirlər ki, Rusiya hakimiyyəti emiqrasiya əhval-ruhiyyəsinin artmasına reaksiya vermir və əhalinin ölkədən qaçışının səbəblərini ləğv etməyə çalışmır.

Aparıcı beynəlxalq konsaltinq şirkətlərindən biri olan “Knight Frank”ın tədqiqatına əsasən, son 13 ildə Rusiyanı 20 min dollar milyonçusu və milyarderi tərk edib. Bunlardan yalnız 6 mini son üç il ərzində Rusiyadan gedib.

Kremlə yaxınlığı ilə tanınan Ümumrusiya İctimai Rəy Tədqiqatı Mərkəzinin (VSİOM) iyunda keçirdiyi sorğunun nəticələrində isə göstərilir ki, üç il ərzində Rusiyanı tərk etməyi arzulayanların sayı 13 faizdən 10 faizə qədər azalıb. Amma Rusiyadan ən yaxın bir-iki il ərzində getmək istəyənlərin sayı bir il ərzində 7 faizdən 17 faizə qədər artıb.

Həmçinin emiqrasiyanın motivləri dəyişib. Əvvəlki illərdə vətəndaşlar xaricə daha yüksək həyat səviyyəsi və maaş üçün gedirdilər. Hazırda rusiyalıların narazılığı daha çox Rusiya hakimiyyətin apardığı siyasətlə bağlıdır.

Rəsmi statistika “Stratfor” analitiklərinin tədqiqatını dolayısı ilə təsdiq edir. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin əvvəlindən ölkəni tərk edənlərin sayı illik 36 mindən 350 minə qədər artıb. Rusiyalıların əksəriyyəti ABŞ, Almaniya, Kanada və Finlandiyaya gedirlər. Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrinin rəhbəri olduğu Vətəndaş Təşəbbüsləri Komitəsinin “XX sonu-XXI əsrin başlanğıcında Rusiyadan emiqrasiya” məruzəsində iqtisadçılar belə nəticəyə gəliblər ki, emiqrasiyanın real göstəriciləri bundan 3-4 dəfə yuxarıdr.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR