Azərbaycanın ilk MANATI belə olub...
İqtisadiyyat
10 Avqust 2017 15:02

Azərbaycanın ilk MANATI belə olub...


Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır.

Metbuat.az xəbər verir ki, əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Азербайджанская Республика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Əsas məqsəd isə uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi.

Manatın ilk görüntülərini təqdim edirik:


Aytən Novruzova / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR