Azərbaycanda oxuyan türk "həkim"i həbsxanadan qaçdı - FOTO
Dünya
10 Avqust 2017 15:04

Azərbaycanda oxuyan türk "həkim"i həbsxanadan qaçdı - FOTO


Adanada özünü həkim olaraq tanıdıb, 4 adama plomb və botoks edən "saxta estetik cərrah" həbsxanadan qaçıb.

Sözügedən ittihamlara görə, Adana 3-cü Cəza Məhkəməsində mühakimə olunacaq Soner G.-nin 1 avqusta təyin edilən məhkəməsi ertələnib. Səbəb isə onun başqa cinayət əməlinin ortaya çıxması olub. Belə ki, məlum olub ki, Soner G. oğurluqda ittiham edilərək barəsində 5 il 3 aylıq şərti azadlıqdan məhrum etmə cəzası var. Sonuncu ittiham da üzərinə gəldikdə, məhkəmə onun şərti cəzasını həbslə əvəzləyib. 

Və qərara alınıb ki, Soner G.-nin özünü həkim kimi təqdim edərək insanların sağlamlığına ziyan vurması ilə bağlı iddialara oğurluqla bağlı cəzası tamamlandıqdan sonra baxılsın.

Azərbaycanda oxuyan türk "həkim"in daha bir silikon qurbanı üzə çıxdı - FOTO

Soner G. cəzasını çəkməsi üçün Adana Açıq Cəza Təcridxanasına göndərilib.

Soner G.-nın qurbanlarından biri

Həbsxanada axşam yoxlaması zamanı Soner G.-nın qaçdığı məlum olub. 

Qeyd edək ki, Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona dodaq silikonu etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı.

Təhməz Təkin
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR