Masallıda müəmmalı olay: iki mərtəbəli ev yandı
Ölkə
10 Avqust 2017 15:24

Masallıda müəmmalı olay: iki mərtəbəli ev yandı


Masallı rayonunda yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masallının Alvadı kəndində qeydə alınıb. Kənd sakini Ədalət Cəbrayılova məxsus iki mərtəbəli yaşayış evində naməlum səbəbdən yanğın baş verib.

Dərhal hadisə yerinə Masallı Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomaşını cəlb olub. Yanğın söndürülüb.

Fakt araşdırılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR