Havada tozun miqdarı artıb
Ölkə
10 Avqust 2017 15:33

Havada tozun miqdarı artıb


Kəskin isti hava şəraitinin bir an da aşağı enməsi və güclü şimal küləkləri ilə əvəz olunması havada anomal vəziyyət yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Publika.az-a verilən məlumata görə, 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

Könül Cəfərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR