Goranboyda ər arvadına şüşə qırıntısı ilə ölümcül xəsarət yetirib
Ölkə
10 Avqust 2017 15:41

Goranboyda ər arvadına şüşə qırıntısı ilə ölümcül xəsarət yetirib


Goranboy. 10 avqust. REPORT.AZ/ Goranboyda ər arvadına ağır xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xınalı kəndində baş verib.
Belə ki, kənd sakini 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.
Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.
Qeyd edək ki, ailənin 3 övladı var.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR