Azərbaycan bank sektoru bir ayda 80 min müştəri itirib
İqtisadiyyat
10 Avqust 2017 16:21

Azərbaycan bank sektoru bir ayda 80 min müştəri itirib


Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda bank sektorunun müştəri bazası aylıq müqayisədə 80 134 nəfər və ya 1,4% azalaraq 2017-ci il iyulun 1-nə 5 612 810 nəfər təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Bank müştərilərinin 1,4%-ni və ya 78 257 nəfərini hüquqi şəxslər, 5 534 553 nəfər və ya 98,6%-ni fiziki şəxslər təşkil edib. Bank müştərilərinin 210 533 nəfər və ya 3,8%-i sahibkarlardır. 
İyun ayı ərzində hüquqi şəxs olan bank müştərilərinin sayında 0,4% artım, fiziki şəxslərin sayında 1,4% azalma qeydə alınıb. Eyni zamanda, sahibkarların sayında 2,4% artım müşahidə olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR