Havada tozun miqdarı sanitar normanı keçib
Ölkə
10 Avqust 2017 16:22

Havada tozun miqdarı sanitar normanı keçib


Bu gün səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib.

Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, buna səbəb yer səthindən tozun havaya qalxması olub.

Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR