Elcan Səbuhinin də, bacısının da yalanını çıxardı
Ölkə
10 Avqust 2017 16:34

Elcan Səbuhinin də, bacısının da yalanını çıxardı


Bu gün primetime.az saytında aktyor Səbuhi Xanlarovun həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Xəbər yayılandan sonraSəbuhi Xanlarov ondan bilgi almaq istəyən jurnalistlərdən birinə gülüşlə cavab verib və öz təəccübünü gizlətməyərək "Bu xəbər hardan çıxdı?" deyib. Ancaq bir qədər sonra publika.az-a danışarkən bunları deyib:

"Ayıbdır, vallah. Bayaqdan dayanmadan saytlar məni yığır. Belə şey olar? Toydu, bayramdı, şənlikdi, nolub? Lazım olan mənbə xəbəri yayımlayıb. Bacımın adından yalan yazıblar. Elə şey ola bilməz. Ölü ilə oyun olar? Həyat yoldaşım ağır xəstəlikdən əziyyət çəkirdi və vəfat edib. Belə mövzuda zarafat etmək olar? Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da can sağlığı versin. Ağır xəstələrə də Allahdan şəfa diləyirəm".

Beləcə, xəbərin yalan, yoxsa gerçək olduğu hələ də dəqiqləşməyib.

Az öncə bu xəbər elə həmin sayt tərəfindən təkzib olunub.

Aktyorun bacısı Vəfa Xanlarova həmin saytın redaksiyasına zəng edərək, məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, atamın vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

Qeyd edək ki, yaydığı yalan xəbər ifşa olunduqdan sonra Səbuhi Xanlarovla əlaqə saxlamağa çalışdıq. Lakin o, hələ ki, zənglərə cavab verməyib.

Milli.Az xəbər verir ki, Aktyor Elcan Rəsulov isə teleqraf.com-a bildirib ki, əslində, bu məsələdə aləm bir-birinə dəyib:

"İş ondadır ki, Səbuhinin bacısı da yalan danışır. Aktyorun bacısı Vəfa atasının vəziyyətinin pis olduğunu deyir. Amma onların heç atası da yoxdur axı. Təzə rəhmətə gedib. Kişinin ili çıxmayıb".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 oktyabr

Astroloji proqnoz - 24 oktyabr

24 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 23 oktyabr

Astroloji proqnoz - 23 oktyabr

23 Oktyabr 2017 00:08
loading...