Danimarkalı siyasətçi: ““Qarabağ”a dəstək üçün stadionda olacağıq”
İdman
10 Avqust 2017 16:38

Danimarkalı siyasətçi: ““Qarabağ”a dəstək üçün stadionda olacağıq”


Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq “Kopengahen” və “Qarabağ” oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.

Bu barədə məlumatı diaspora hərəkatı fəalı Elnur Eltürk verib. Onun sözlərinə görə, sabiq millət vəkili deyib ki, qardaş Azərbaycanın “Qarabağ” komandası Avropa futbolunda önəmli yer tutur:

""Qarabağ" güclü komandadır ki, bu mərhələyə gəlib çatıb. Fikrimcə, “Qarabağ” Avropanın güclü komandasıdır. Futbolun müasir dünyamızda yeri böyükdür. “Qarabağ”ın Avropada oyunları Azərbaycanın təbliğatı üçün yaxşı fürsətdir. “Qarabağ” öz oyunları ilə Qarabağ məsələsini diqqətdə saxlayır. Biz 23 avqustda Azərbaycan və Türkiyə bayraqları ilə meydanda olub, ”Qarabağ”a öz dəstəyimiz göstərəcəyik. “Qarabağ” klubu ilə qürur duyuruq”.

Siyasətçi Qarabağın işğalı ilə barışmadığını deyib:

“Dəfələrlə mətbuata verdiyim açıqlamalarda da Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğal etdiyini bildirmişəm. Bütün beynəlxalq hüquq və qəbul olunmuş sənədlər işğalçı ölkənin əleyhinədir. Şübhəsiz ki, Qafqaz bölgəsinin lideri dövləti Azərbaycan öz torpaqlarını güc yoluyla ilə azad edə bilər. Ancaq hələlik Azərbaycan sülh prinsiplərini üstün tutur. Ermənistan unutmasın ki, səbrin də bir sonu var”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR