Ata iki oğlunu yatdığı yerdə öldürdü - "Böyük qardaşım dəlik-deşik olmuşdu" - VİDEO - FOTO
Dünya
10 Avqust 2017 17:04

Ata iki oğlunu yatdığı yerdə öldürdü - "Böyük qardaşım dəlik-deşik olmuşdu" - VİDEO - FOTO


Böyük qardaşım dəlik-deşik olmuşdu.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bunu İstanbulun Üsküdarda qəsəbəsində dünən ataları Aslan Güleryüz tərəfindən öldürülən Əhməd (24) və Onur Güleryüzün (20) 22 yaşlı qardaşı Orçun Güleryüz deyib.

Orçun Güleryüz qardaşlarının dəfn mərasimi əvvəli yaşadıqlarını danışıb.

Övladlarını öldürən ata: "Onların məndən olmadığını düşündüm" - VİDEO - FOTO

Hadisədən yaralı olaraq xilas olan Orçun Güleryüz yaşadığı dəhşəti belə izah edib: "Gecə sakitçilik idi. Səhər saatlarıydı, yatırdıq. Onur qardaşımla, atam eyni otaqda qalırdı. Əhməd mən isə eyni otaqda yatırdıq. İlk öncə, Əhməd böyük qardaşımı bıçaqlayıb, mismar çıxaranla başına vurub. Onu öldürərkən mən heç nə eşitmədim. Sonra mənə doğru gəlib yatarkən başıma mismar çıxaranla vurdu. Təpik atıb, itələyib qaçdım.

Böyük qardaşım gəldi. "Ata nə edirsən?" dedi. Bu səfər onu vurdu, böyük qardaşım yerə yıxıldı. Böyük qardaşımın köməyinə qaçdım. Amma yorğanı qaldırdığımda dəlik-deşik olmuşdu. İkisini öldürdükdən sonra mənim arxamca qaçdı, mən də evdən qaçdım. Qonşulardan kömək istədim".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ata iki oğlunu yatdığı yerdə öldürdü -










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR