İsmayıllıda tövlə mal-qara ilə birlikdə yandı - VİDEO - FOTO
Ölkə
10 Avqust 2017 17:04

İsmayıllıda tövlə mal-qara ilə birlikdə yandı - VİDEO - FOTO


İsmayıllı rayonunun Mollaisaqlı kəndində yanğın baş verib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, yanğının kənd sakini, 1963-cü il təvəllüdlü Ağakişiyev Şahverən Əlipaşa oğluna məxsus tövlədə qəflətən meydana gəldiyi bildirilir.

Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 120 kvadrat metrlik tövlənin 80 kv metrlik hissəsi və 450 bağlama otdan 400-ü tamamilə yanıb. Həmçinin tövlədə olan iki baş mal yanaraq ölüb.

Yaxınlıqdakı yaşayış evi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İsmayıllıda tövlə mal-qara ilə birlikdə külə döndü





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR