Ali məktəblərin ödənişli hazırlıq qruplarına kimlər qəbul olacaq?
Ölkə
10 Avqust 2017 17:08

Ali məktəblərin ödənişli hazırlıq qruplarına kimlər qəbul olacaq?


Hazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkililə bağlı normativ sənədlər təsdiq üçün hazırlanıb. Sənədlər təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib.

Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən hazırlıq qruplarının dinləyicilərinin seçimi məsələsinə aydınlıq gətirilib: “Hazırlıq qruplarına dinləyicilər, cari ildə tələbə qəbulu imtahanlarında iştirak edib, ali təhsil müəssisələrinə daxil olmayan abituriyentlər sırasından, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqə yolu ilə qəbul olunacaq”.

Qeyd edək ki, "Təhsil haqqında” Qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq kursları yaradılacaq. Bu ödənişli hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə qəbul həyata keçiriləcək.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR