"CinemaPlus"da Faiq Babanlı ilə ovun sirləri nümayiş olunacaq
Şou-Biznes
10 Avqust 2017 17:21

"CinemaPlus"da Faiq Babanlı ilə ovun sirləri nümayiş olunacaq


Bakı. 10 avqust. REPORT.AZ/ Premium kinoteatr "CinemaPlus Azerbaijan"da avqustun 30-da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, ovçu Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçiriləcək.
"Report"un məlumatına görə, film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Ov qanununa görə, əgər cəngərliklərdə güclü yağış yağırsa və göydə ay görünürsə, deməli heyvanlar gizlənəcək. 
Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə birlikdə məcburən cəngərliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurar. 
Qeyd edək ki, Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Eyni zamanda, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olub və öz kolleksiyasını artırmaqda davam edir.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR