Bakıda zavodda güclü partlayış: yanğın başladı
Ölkə
10 Avqust 2017 17:24

Bakıda zavodda güclü partlayış: yanğın başladı


Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.

Mİlli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, yanğın "İnter Glass" şüşə qablarının istehsalı zavodunda baş verib.

Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.

FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR