Şəkidə qadın yıxıldı, qarnına bıçaq batdı - VİDEO - FOTO
Ölkə
10 Avqust 2017 17:24

Şəkidə qadın yıxıldı, qarnına bıçaq batdı - VİDEO - FOTO


Şəkidə günəbaxan yığan 54 yaşlı qadın xəsarət alıb.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, rayonun Şəki kənd sakini Ağca Əhməd qızı Bağırova qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. 

Qadının yaşadığı kənddə günəbaxan yığan zaman ehtiyatsızlıqdan yıxıldığı, bu zaman əlində olan bıçağın qarın nahiyəsinə batdığı bildirilir.

Ağca Bağırovanın üzərində cərrahiyyə əməliyyatı aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə qadın yıxıldı, qarnına bıçaq batdı




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR