Sperm miqdarını artıran qidalar - Ata olmaq istəyənlərin nəzərinə
Sağlamlıq
10 Avqust 2017 17:33

Sperm miqdarını artıran qidalar - Ata olmaq istəyənlərin nəzərinə


Ailələr övlad sahibi ola bilmək üçün bir ətək pul töküb müalicə alırlar. Elm sübut edib ki, qadının övlad sahibi ola bilməsinin 30%-i kişilərdən asılıdır. Amerikalı alimlər isə bunun təbii yollarla müalicəsinin olduğunu iddia edirlər. Onların sözlərinə görə, spermanın keyfiyyətini yaxşılaşdırmaq və miqdarını artırmaq gündəlik qidaların tərkibindəki vitamin və minerallardan asılıdır.

Publika.az spermanın tərkibini yaxşılaşdıran qidaların siyahısını təqdim edir.

"Məhsuldar" spermaları formalaşdırmaq üçün kişilər gündəlik qidalanma zamanı tərkibində C vitamini olan qidalara üstünlük verməlidirlər. Gündəlik qəbul edilən 500 mq c vitamini mayalanma ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir.

Sperma miqdarını 50%-ə qədər artıran ikinci qida rasionuna tərkibində sink mikroelementləri olan qidalar daxildir. Testosteron mübadiləsini yaxşılaşdırır və cinsiyyət orqanının hissiyyatlılıq dərəcəsini artırır. Bunun üçün həftədə ən az iki dəfə mal əti yemək tövsiyyə olunur.

Yerfındığı, qoz və digər çərəzlər sperma miqdarını artırdığı kimi, qarğıdalı, pendir, balqabaq tumları, qara kürü, kərəviz, qaraciyər, süd və digər ağartı məhsulları, qızılbalıq kimi məhsullar da sperma keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Tərkibi A vitamini ilə zəngin olan qırmızı istiot, kök, yulaf yarması, qaysı qurusu, brokkoli, ispanaq, şirin kartof, yaşıl yarpaq kimi məhsullar mayalanmanın azalmasının qarşısını alır və spermatozoidlərin miqdarı ilə yanaşı, çevikliyini də artırır.

Tərkibi C vitamini ilə zəngin olan quşqonmaz, noxud, mürəbbələr, pomidor, çiyələk kimi məhsulların tərkibində olan antioksidləşdiricilər spermatozoidlərin miqdarını və uzunömürlülük dərəcəsini artırmağa kömək edir.

Şərq təcrübəsi əsasında araşdırma aparan alimlərin fikrincə, tərkibində sink olan qidalardan yumurta, balqabaq əvəzinə dəniz məhsulları, yoqurt, avokado, dənli bitkilər daha faydalıdır.

Omeqa 3 və başqa turşular cinsiyyət orqanlarında qan dövranının yaxşılaşmasına və seksual funksiyanın artmasına xidmət edir. Tərkibində yüksək dərəcədə Omega 3 olan krablar, krevetlər, toyuq və bütün növ dəniz məhsulları sonsuzluğun qarşısını almağa kömək edir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR