Xaçmaz sakini 1550 manat cərimə olundu
Ölkə
10 Avqust 2017 17:34

Xaçmaz sakini 1550 manat cərimə olundu


Xaçmaz sakini ağac kəsməyə görə cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin "Qaynar Xətt"inə Xaçmaz rayon sakini Telman Quliyev tərəfindən Əhmədoba kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən əraziyə keçirilən baxış zamanı 28-32 sm diametrliyində yaşköküstə 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsildiyi aşkar edilib.

Araşdırma zamanı, ağacların Xaçmaz rayonu Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı E.Həmzəliyev barəsində protokol tərtib edilib və o inzibati qaydada 1550 manat məbləğində cərimə olunub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR