Vasif Məhərrəmlini geyiminə görə təhqir etdilər - FOTO
Ölkə
10 Avqust 2017 17:44

Vasif Məhərrəmlini geyiminə görə təhqir etdilər - FOTO


Müğənni Vasif Məhərrəmli sosial şəbəkədə paylaşdığı fotosuna görə tənqidlərə tuş gəlib. Şəklin altında yazılan xoşagəlməz ifadələr müğənnini dilə gətirib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sənətçi onu təhqir edən insanlara sərt reaksiya verib:

"Bu milləti başa düşmək olmur da. Mənim əzizlərim, sizdən acizanə xahiş edirəm, kim məni bəyənmirsə, izləməsin. Ay bala, sənə maraqlı deyiləm, rədd ol. İzləmə də məni. Burada nə var ki..."

Müğənninin bu tərzdə cavabı insanlar tərəfindən narazılıqla qarşılanıb. İzləyiciləri bu sözlərin ona yaraşmadığını və şəxsiyyətinə xələl gətirdiyini bildiriblər.

Qeyd edək ki, tənqidlərə məruz qalan V.Məhərrəmlinin şortla çəkdirdiyi şəkildir. Sözügedən foto istirahət zamanı çəkilib.

Milli.Az



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR